15:09 - 30.03.2023
30 mart, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev yeni binanın açılışında iştirak edib. Heydər Əliyev prospektində ucaldılan yeni bina müasir memarlığı ilə diqqəti cəlb edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023