Azərbaycanda bank sektorunda çalışanların sayı 23 min nəfəri keçdi

15:21 - 30.03.2023


30 mart, Fineko/abc.az. Azərbaycanda bank sektorunda çalışanların sayı 23 min nəfəri keçib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletendə məlumat verilir.

AMB açıqlayıb ki, 28 fevral 2023-cü il tarixinə ölkədə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94 olub. Ölkədəki bankomatların sayı isə 3 003 ədəd olub.

Fevral ayında bank sektorunda çalışanların sayı 170 nəfər və ya 0,7% artaraq 23 040 nəfər təşkil edib.

 

Bütün xəbərlər