Macarıstan şirkəti Azərbaycanda enerji içkisi istehsal edəcək

15:49 - 30.03.2023


30 mart, Fineko/abc.az. Macarıstan şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihə həyata keçirəcək.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macar şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcək.

Bütün xəbərlər