Azərbaycanda bu qədər Bank filialı var

16:23 - 30.03.2023


30 mart, Fineko/abc.az. 28 fevral 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3003 olub.

ABC.AZ Mərkəzi Bankın aylıq bülleteninə istinadən xəbər verir ki, fevral ayında bankların kredit portfeli 0.4% və ya 87.4 milyon manat artaraq 19 milyard 757.4 milyon manat təşkil edib.
Kredit portfelinin strukturu:
biznes kreditləri – 54.8% (1 milyard 835.6 milyon manat),
 istehlak kreditləri – 29.7% (5 milyard 863.6 milyon manat)
 ipoteka kreditləri – 15.5% (3 milyard 58.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3% təşkil edib.

Bütün xəbərlər