Banklardakı əmanətlər 1 milyard 784.2 milyon manat artıb

16:30 - 30.03.2023


30 mart, Fineko/abc.az. 28 fevral 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18.1% və ya 1 milyard 784.2 milyon manat artaraq 11 milyard 653.9 milyon manat olub.

ABC.AZ Mərkəzi Bankın aylıq bülleteninə istinadən xəbər verir ki, fevral ayında əmanət portfelinin 54.4%-i (6 milyard 336.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 62.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86.4%-ni təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 38.7% təşkil edib.

Bütün xəbərlər