Şuşada tikinti işləri bu halda dayandırılacaq

16:41 - 30.03.2023


30 mart, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ərazisində arxeoloji abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyəti ləğv edilir.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, artıq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyətinə sahib olacaq.

Qoruqda tikinti işlərinin dayandırılması Qaydasına da dəyişiklik edilib. Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir.

Bütün xəbərlər