17:05 - 30.03.2023
30 mart, Fineko/abc.az. 2022-ci ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,5% artaraq $664,798 milyona çatıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($173,894 milyon, azalma 4,2%) tutur. 2022-ci ildə Azərbaycandan bütün köçürmələrin 26,2%-i (2021-ci ildə 27,4%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($59,322 milyon, azalma 24,6%), ABŞ ($136,824 milyon, artım 2,7 dəfə), RF ($90,439 milyon, azаlmа 22,9%) və Böyük Britaniya ($31,27 milyon, azalma 31,9%) daxildir.
2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon (2020-ci illə müqayisədə artım 3,6%), Azərbaycandan köçürmələrin həcmi $661,512 milyon (artım 18,9%) təşkil edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsi üçün 2 milyon ABŞ dolları dəyərində saziş imzalanıb.
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023