Azərbaycanda problemli kreditlər yenidən artıb

17:13 - 30.03.2023


30 mart, Fineko/abc.az. Azərbaycanın bank sektorunda problemli kreditlər yenidən artmağa başlayıb.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın son hesabatında öz əksini tapıb.

Hesabata əsasən son bir ildə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 3% təşkil edib. Belə ki, hazırda problemli kreditlər 606 milyon manat təşkil edir ki, bu da ümumi kreditlərin 3%-dir.

Bir il əvvəl – 2022-ci ilin marntın 1-ə isə problemli kreditlər 690 milyon manat təşkil edirdi.

Bununla yanaşı, fevral ayında problemli kreditlərin artımı müşahidə edilib. Belə ki, 2023-cü ilin yanvarın sonunda problemli kreditlər 584 milyon manat idi, fevralın sonunda isə bu göstərici 22 milyon manat artaraq 606 milyon manata yüksəlib.

Bütün xəbərlər