10:01 - 31.03.2023
31 mart, Fineko/abc.az. Gürcüstan bu ilin yanvarından Azərbaycandan benzin və dizel idxalını dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının hesabatında bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın benzin və dizel yanacağı idxalı illik ifadədə 8,4 min ton və ya 4,6% azalaraq 174,1 min ton təşkil edib.
Hesabat dövründə idxal edilən yanacağın 81,8 min tonunu benzin, 92,3 min tonunu isə dizel təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub.
Hesabat dövründə Rusiyadan 148,5 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 85,3%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (26,4 min ton) və Belarus (0,7 min ton), Türkmənistan (0,2 min ton), Ukrayna (0,1 min ton), Bolqarıstan (0,1 min ton) olub.
2023-cü ilin I rübündə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 130 milyon 616,3 min manat investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 3,1 dəfə çoxdur.
26 May 2023
“Avromed Company” QSC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
26 May 2023
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk.
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023