Azərbaycanın ən çox ixrac həyata keçirən özəl şirkətləri - SİYAHI

12:34 - 31.03.2023


31 mart, Fineko/abc.az. 2023-cü ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,5 milyon ABŞ dolları olub.

ABC.AZ “İxrac İcmalı”na istinadən xəbər verir ki, tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı hüquqi və fiziki şəxlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” QSC, “Almeyvə” MMC, “Mors Trading” MMC. “Rose Servis” MMC.

Müəllif: Elmir Murad


Bütün xəbərlər