Azərbaycanda məktəb müəllimlərinin sertifikatlaşdırılması tətbiq ediləcək

16:27 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə sertifikatlaşdırma aparmağı planlaşdırır.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesi yalnız dövlət məktəblərində həyata keçiriləcək.

“Belə bir sistem öz üzərində işləməli olan müəllimləri təşviq etmək üçün vacibdir”, - nazir belə deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi bir sıra obyektiv qərarlar qəbul etmək, karyera irəliləyişi, təşviq edici tədbirlər, fəxri adların verilməsində və s. mühüm rol oynayacaq.

 

Bütün xəbərlər