Prezident İlham Əliyevə "Togg" elektromobili veriləcək

15:26 - 31.03.2023


31 mart, Fineko/abc.az. Prezident İlham Əliyevə Türkiyə istehsalı olan "Togg" elektromobili təqdim ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə edəcəyi "Togg" bazar ertəsi Türkiyə dövlət başçısına təqdim olunacaq.

"Daha sonra ikinci avtomobil Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək", - deyə nazir əlavə edib.

Qeyd edək ki, ötən il Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Türkiyənin ilk elektromobili olan "Togg"un qarşıdakı 8 il ərzində 1 milyon ədəd istehsalı hədəflənir.

Bütün xəbərlər