Co Bayden bank sektorundakı tənzimləyici qurumlara çağırış etdi

15:52 - 31.03.2023


31 mart, Fineko/abc.az. Co Bayden bank sektorundakı tənzimləyici qurumları ABŞ Maliyyə Nazirliyi ilə məsləhətləşərək növbəti bank böhranı riskini azaldacaq bəyanatla çıxış edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda qurumlar bir sıra islahatlara çağrılır və onlara tənzimləmə həyata keçirmə tövsiyyə edilir.

Bununla yanaşı aktivləri 100-250 milyard dollar olan banklar üçün yumşaldılmış qaydaları bərpa etmək məsləhət görülür.

Bəyanatda orta ölçülü banklar üçün likvidlik tələblərinin artırılması tövsiyə edilərək, Dodd-Frank Aktı ilə müəyyən edilmiş likvidlik qaydalarının 100-250 milyard ABŞ dolları aktivləri olan bankların stress dövründə gözlənilən xalis çıxışları qarşılamaq üçün kifayət qədər yüksək keyfiyyətli likvid aktivlərə malik olmalarını tələb etməsi təklif edilir.

Bütün xəbərlər