"Paşabank" bu dəfə başqa şirkəti məhkəməyə verdi

16:08 - 31.03.2023


31 mart, Fineko/abc.az. "Paşabank" ASC "MZ Group Azərbaycan" MMC ilə bağlı məhkəməyə müraciət edib.

ABC.AZ Kommersant-a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı ASC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Ülkər Həsənovanın icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Bütün xəbərlər