10:29 - 3.04.2023
3 aprel, Fineko/abc.az. "Vətəndaş hər hansısa bir əmlaka külli miqdarda pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti ilə bağlı onlara rəsmi olaraq yazılı məlumatlar verilməlidir".
ABC.Az xəbər verir ki, bunu Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, dünya təcrübəsində istismar müddətini bitirmiş binalardakı mənzillərin satış qiymətləri normal və nisbətən yeni tikilmiş mənzillərin satış qiymətlərindən bir neçə dəfə ucuz təklif olunduğu halda Azərbaycanda vətəndaşlar aldıqları əmlaklarla bağlı dolğun məlumat əldə edə bilmədikləri üçün qiymətlərlə bağlı məlumatsız olurlar.
"Vətəndaş hər hansısa bir əşya və yaxud məhsul alarkən aldığı məhsulun istehsal və bitmə tarixinə baxır. Həmçinin istehsalçı müəssisə və yaxud şirkətin rekvizitləri məhsullar üzərində qeyd olunur. Avtomobillərin texniki pasportlarında da onların istehsal tarixi və markaları qeyd olunur. Hər hansısa bir məhsul üzərində onun istehsal tarixi olmadıqda vətəndaş haqlı olaraq öz iradını satıcıya və yaxud istehsalçıya bildirməlidir. Ölkəmizdə son 20 ildə tikinti sahəsi çox sürətlə inkişaf edir. Lakın inşa edilən nə çoxmənzilli binalardakı mənzillərin sənədlərində, nə də fərdi yaşayış evlərinin çıxarış və texniki pasportlarında bu tikililərin tikilmə və istismar müddətinin bitməsi ilə bağlı məlumatlar var”.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024