Bizneslə məşğul olanlar üçün sevindirici xəbər – Sərfəli kredit ala biləcəklər - VİDEO

10:49 - 3.04.2023


3 aprel, Fineko/abc.az. 2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.

ABC.AZ xəbər verir ki, yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.

İqtisadçı ekspert Rəşad Həsənli “Xəzər Xəbər”ə bildirib ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərmişdi. Lakin 2022-ci ilin sonlarına doğru bu istiqamətdə dəyişikliklər müsbətə doğru getdi. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu bankların kredit siyasətində də özünü göstərir.

Ekspert bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə 1 milyarda yaxın artıb.

Bütün xəbərlər