Qiyməti 3 min manata olan avtomobillər dövlət tərəfindən satışa çıxarılır

11:13 - 4.04.2023


4 aprel, Fineko/abc.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mayın 2-də keçirəcəyi hərraca 60 dövlət əmlakı çıxarılacaq.

Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, hərraca 5 səhmdar cəmiyyətin səhm paketləri, 19 kiçik dövlət müəssisə və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılır.

Səhmdar cəmiyyətləri sırasında nəqliyyat, inşaat, təmir sahələrinə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.
Hərraca müxtəlif növ nəqliyyat vasitələri də çıxarılıb.

Nəqliyyat vasitələrinin ilkin start qiyməti 3,5 min manatla 11,5 min manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)