10:00 - 5.04.2023
5 aprel, Fineko/abc.az. Rusiya da daxil olmaqla OPEC müttəfiqləri bazar günü neft hasilatının gündəlik 3,66 milyon barel və ya qlobal tələbatın 3,7% azaldılması barədə razılığa gəliblər. Gözlənilməz qərar nəticəsində "Brent" markalı neftin bir barelinin qiyməti 5 dollar bahalaşaraq 85 dolları ötüb. Qeyd edək ki, ötən ayın ortalarında neftin bir barelinin qiyməti 74.0 dollaradək azalmışdı. Bəs bu qərar Azərbaycan neftinin qiymətinə necə təsir edəcək?
ABC.AZ Kommersant.az-a istinadən xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, dünyada neftin qiyməti qalxırsa, Azərbaycan nefti də buna uyğun olaraq bahalaşır. Lakin bizim neftin qiyməti dünya birjasında təyin edilmir:
"Azərbaycan neftinin qiyməti terminalda alıcı və satıcı arasında həmin gün “Brent” markalı neftin qiymətinə və neftə olan tələbata uyğun təyin edilir. Elə olur ki, “Brent” markalı neftdən 2 dollar, elə də olur 10 sent baha olur. Bu tələbatdan asılıdır”.
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024