Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

16:30 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 22-də saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonları sakinlərinin müraciətlərini, şikayətlərini və fikirlərini dinləyəcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər