Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib/Foto

15:25 - 22.06.2018


22 iyun, Fineko/abc.az. İyunun 22-də Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarət olub.

 


Bütün xəbərlər