16:01 - 22.06.2018
22 iyun, Fineko/abc.az. Psixoloji araşdırmalar göstərir ki, loqotiplər beynimizdə o qədər dərin iz buraxıb ki, biz onları iki yaşdan etibarən tanıyırıq və uşaqlar 67% hallarda məhsulu loqotiplə əlaqələndirə bilirlər. Buna əsaslanaraq Çikaqo unuversitetinin tədqiqatçıları brendlərin necə yaddaşlara həkk olunduğunu araşdırmağa çalışıblar.
Çoxumuza məlumdur ki, rənglər insanların emosiya və əhvalına güclü təsir göstərir. Doğrudur, hər kəsdə bu təsir fərqli olsa da psixoloqlar bir çox ortaq məqamları aşkar etməyə nail olublar. Məsələn, ən məhşur rəng göy rəngdir, ondan sonra yaşıl, bənövşəyi və qırmızı rəng gəlir.
Göy və yaşıl rənglərin populyar lığı təbiətlə əlaqədardır və bu rənglərə məhəbbətin psixoloqlar qədim zamanlardan –hələ şəhərlər, ölkələr formalaşmadığı zamanlardan formalaşdığını əsaslandırırlar.
Mütəxəssislər müəyyən ediblər ki, insanların yeni məhsul haqqında fikri ilk 90 saniyə ərzində formalaşır və ilk təəssürat 62-90% hallarda rəngə bağlı olur.
Loqotiplərin rəngi emosiyamıza mütləq təsir edir: məsələn, qırmızı aktivliyi, sarı enerjini, göy güvəni, yaşıl təbiəti və s. təcəssüm edir.
Loqotiplərə nəzər yetirsək qırmızı həm də ehtiras və aqressiyanı təcəssüm edir. Məhz bu səbəbdən “Youtube” və “Red Bull” bu rəngdən istifadə edir.
Göy rəngli “Samsung” və “Ford” loqotipləri insanlara güvən və əminlik hissi aşılayır. Çünki göy rəng “sonsuz səma və dəniz” –lə assosiasiya olunur.
“McDonalds”-ın sarı yazısı sevinc və enerjilə, “Android” –in yaşıl loqotipi təbiətlə assosiasiya olunur. “Starbucks”, “7digital”, “Spotify” də yaşıl rəngdədir. Musiqi servisi “7digital” əvvəllər göy loqotipli idi. Yaşıl loqotipə keçdikdən sonra müştərilərinin sayı xeyli artmışdır.
Bənövşəyi rəng “zadəgan dəbdəbəsi” ilə assosiasiya olunduğundan bu rəngi “Cabdury”, “FedEx”, “Yahoo” öz loqotipində istifadə edir.
Narıncı rəng isə insanlarda pozitiv enerji və yaradıcılıq ruhu yaratdığı üçün “FireFox” və “Fanta” brendləri bundan layiqincə yararlanırlar.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024