İlin əvvəlindən Azərbaycan əhalisi 13 697,7 milyon manat məbləğində mal alıb

10:52 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Yanvar-may aylarında Azərbaycanda ödənişli xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2,4% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-may aylarında pərakəndə ticarət şəbəkələrindən əhali 13,697,7 milyon manat məbləğində mal alıb.

“Hesabat dövründə əhaliyə 3175,5 milyon manat həcmində ödənişli xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi və əhaliyə göstərilən xidmətlər 2,4% artıb. Ticarət şəbəkələrində 6858,7 milyon manatlıq ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər