Bank sektorunda çox ciddi problemlər yaşanır - Ekspert

10:05 - 26.04.2023


26 aprel, Fineko/abc.az. Bank sektorunda çox ciddi problemlər yaşanır, vətəndaşlar isə bu məsələni həzm edirlər. Ona görə də banklardan şikayətlərin sayı çox azdır.

ABC.AZ Kommersant-ə istinadən xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

“Təsadüfi deyil ki, çox elementar məsələlərdə biz çətinliyə düşürük. Vətəndaşlardan biri sual etmişdi ki, banka depozit yerləşdirən şəxs istehlakçı hesab olunur? Nəzəri olaraq bilirik ki, bu şəxs istehlakçı hesab olunur. Lakin müəyyən hüquqi sənəd lazım idi və bu sualla bağlı Bank Ombudsmanına müraciət etdik. Ombudsman isə cavabında bildirdi ki, bu suala cavab tapmaq üçün siz digər dövlət orqanlarına müraciət edin. Daha sonra isə Azərbaycan Mərkəzi Bankına (qısaca – AMB) müraciət etdik. AMB isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda istehlakçı kimə deyilir, onun tərifini atdı. Birmənalı olaraq bankda depoziti olan şəxsin istehlakçı hesab olunub olunmaması barədə fikir bildirmədi. İqtisadiyyat Nazirliyi isə bu suala “AMB-yə müraciət edin” deyə cavablandırdı. Yəni, çox elementar bir məsələni heç bir dövlət orqanı cavablandıra bilmir” - deyə E.Hüseyniv bildirib.

 

Bütün xəbərlər