Bu hal Mərkəzi Bankın kapital bazarına təsirlərini minimumlaşdırır – Vüqar Bayramov

10:38 - 26.04.2023


26 aprel, Fineko/abc.az. Mərkəzi Bankın son statistikasında əsas məqsəd iqtisadi insflyasiyanı tənzimləmək və eyni zamanda bununla da manatla yığımları təşkil etmıkdən ibarətdir. Amma etiraf etmək lazımdır ki, hələ Mərkəzi Bankın son statistikası bütövlükdə kapital bazarına xüsusi təsir göstərmir. Bunun da o cümlədən kredit faizlərinə də xüsusi təsiri yoxdur. Bunun da əsas səbəbi odur ki, kommersiya bankları vəsaitləri daha çox Mərkəzi Bankdan kənar mənbələrdən cəlb edirlər.

Bunu ABC.AZ-a açıqlamasında Mili Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Mərkəzi Bankın Bankların cəlb etdiyi vəsaitlərdə payı yüksək olmadığı üçün Mərkəzi Bank praktiki olaraq bu konkteskdən kredit siyasətinə çox təsir göstərə bilmir.

“Praktiki olaraq bu onu göstərir ki, sistem əhəmiyyətli Banklarda kommersiya bankları vətəndaşdan, əhalidən və ya hüquqi şəxslərdən daha aşağı faizlə və ya daha ucuz faizləri cəlb edə bilirlər. Nəticə də bu da Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslara tələbi ciddi şəkildə azaldır. Və təbii ki, bu da Mərkəzi Bakın kapital bazarına təsirlərini minimumlaşdırır. Ona görə də biz Mərkəzi Bankın uçot dərəcəsi barədə son stavkasının hələlik bütövlükdə kapital bazarına ciddi təsirini müşahidə etmirik”, - deyə V.Bayramov bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər