Son 20 ildə Azərbaycanın ÜDM-nin nominal həcmi 22 dəfə artıb

15:59 - 5.05.2023


5 may, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.

ABC.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Natiq Əmirov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son 20 il ərzində ölkənin ÜDM-nin nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatması bunu təsdiqləyir.

"Bundan başqa, elə həmin dövrdə ölkəmizin əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb)",- o deyib.

N.Əmirov qeyd edib ki, Azərbaycanın bank sektoru da ildən ilə dinamik inkişaf nümayiş etdirir.