Azərbaycanda zəlzələ olub

12:08 - 27.06.2018


27 iyun, Fineko/abc.az. Lerik rayonu ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Bu gün, iyunun 27-də yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verildi ki, zəlzələnin gücü 4,5 bal təşkil edib, episentri isə 10 km dərinlikdə olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Bütün xəbərlər