“Access Bank” VİSA-dan mükafat qazandı

15:03 - 15.05.2023


15 may, Fineko/abc.az. “Visa” beynəlxalq ödəniş sistemi “Access Bank” QSC-ni 2 nominasiya üzrə mükafatlandırıb. Bank nağdsız əməliyyatların effektiv təşviqi, həmçinin uşaq və yeniyetmələr üçün “myCard Junior” kartlarının istifadəyə verilməsi üzrə nominasiyalarında xüsusi mükafatlara layiq görülüb.

“Access Bank”ın azyaşlılar üçün nəzərdə tutulmuş “myCard Junior” kartları onların maliyyə savadlılığını artırır. Valideynlərə isə övladlarının xərclərinə nəzarət, hesablarını idarə etmək, xərclər üzrə limitləri tənzimləmək imkanı yaradır. Həmçinin valideyn “myCard Junior” vasitəsilə övladının harada və nə qədər xərcləyəcəyini öncədən müəyyən edə bilir.

“myCard Junior” kartları 30%-ə qədər “cash back” və illik qalığa 4%-ə qədər gəlir də gətirir. Kartlar qızlar və oğlanlar üçün iki fərqli dizaynda tərtib olunub.

“myCard Junior” uşaqların kiçik yaşlarından xərclərini düzgün planlamaları və idarə etmələri üçün uğurlu başlanğıcdır.

“Access Bank”ın təqdim etdiyi VİSA kartlarını sifariş vermək üçün: 

https://www.accessbank.az/az/private/cards/mycard/

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yaxud Bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedIn) hesablarına daxil olmaq olar.

“Access Bank” xidmətlərini Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

Bütün xəbərlər