15:17 - 15.05.2023
15 may, Fineko/abc.az. Bugün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Partner Finance” ASC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 17 may tarixində istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Şərtlərə görə, hərracda hər birinin məbləği 1000 manat olan 500 istiqraz satılacaq.
İstiqrazların müddəti 3 il, illik gəlirliyi 10% təşkil edir. İstiqrazlar üzrə faizlər ildə 1 dəfə ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
17 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025