Yaxın illərdə Bankların sayı 20-dən də aşağı düşəcək - Açıqlama

14:39 - 17.05.2023


17 may, Fineko/abc.az. Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlandı. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib. 

ABC.AZ xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev öz sosial şəbəkə hesabında bankların bağlanma prosesinin bununla dayanmayacağını deyib: 

"Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir".

Ekspertin sözlərinə görə, bu siyasət ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur: "Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək.  Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir".

Müəllif: Elmir Murad

Bütün xəbərlər