Azərbaycanın xarici işlər naziri Qətərin Azərbaycandakı səfirini qəbul edib

16:44 - 27.06.2018


27 iyun, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-in məlumatında deyilir ki, səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

Bütün xəbərlər