Rüblük faiz xərcləri 15 mln. manatı ötən banklar

10:32 - 22.05.2023


22 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu ilin I rübündəki faiz xərcləri 15 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (33,489 milyon manat), “Kapital Bank” (23,258 milyon manat), “Bank Respublika” (16,808 milyon manat) ASC-lər, “Access Bank” QSC (16,556 milyon manat) və “Unibank” ASC-dir (16,331 milyon manat).

Qalan 20 bankdan 3-də faiz xərcləri 10-15 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır.

Bütün xəbərlər