Hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının bu qədəri məbləğində pul verilməlidir - Deputat

12:15 - 22.05.2023


22 may, Fineko/abc.az. Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişlərin necə alınması ilə bağlı suallar yaranıb.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə deputatı Vüqar Bayramov mövzu ətrafında yaranmış suallara aydınlıq gətirib.

Deputat bildirib ki, bu, fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir:

“Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bununla belə, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir”.

“Həmin müqavilələrdə işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əməkhaqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.

Bütün xəbərlər