Qeyri-faiz xərcləri 20 mln. manatdan çox olan banklar

11:46 - 23.05.2023


23 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu ilin I rübündəki qeyri-faiz xərcləri 20 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla  xəbər verir ki, bunlar, “Kapital Bank” (131,555 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (70,278 milyon manat), “PAŞA Bank” (52,217 milyon manat), “Unibank” (42,757 milyon manat) və “Bank Respublika” (24,225 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 7-də qeyri-faiz xərcləri 10-20 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

Bütün xəbərlər