Dünyanın ən zəngin adamı 11 milyard dollar zərər etdi

10:44 - 24.05.2023


24 may, Fineko/abc.az. Dünyanın ən zəngin adamı Bernard Arnault maliyyə zərərinə uğrayıb. Belə ki, milyarderə məxsus "LVMH" şirkətinin səhmlərinin çökməsindən sonra onun 11 milyard dollar itirdiyi məlum olub.

Bununla da, “Louis Vuitton”, “Moet & Chandon Champagne” və “Christian Dior” kimi markaların daxil olduğu LVMH-in səhmləri 5% ucuzlaşıb.

“Bloomberg Billionaires Index”in məlumatına görə, satışlara baxmayaraq, fransız milyarderin sərvəti hələ də 191,6 milyard dollardır.

Qeyd edək ki, Arnault ilə dünyanın ikinci ən varlı adamı olan İlon Mask arasındakı fərq 11,4 milyard dollara düşüb. Müəllif: Elmir Murad