Əhalinin icbari tibbi sığortalanmasına 977,4 milyon manat ayrılıb

11:34 - 24.05.2023


24 may, Fineko/abc.az. Keçən il dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanmasına 977,4 milyon manat ayrılıb.

ABC.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 1,3 faiz-bənd, mütləq ifadədə isə 708 milyon manat və ya 2 dəfə artıb.

Hesabat ilində istifadə edilmiş səhiyyə xərclərinin 79,2 faizi və ya 1122,6 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2021-ci illə müqayisədə 78 milyon manat və ya 7,5 faiz çoxdur. Həmin vəsaitin 977,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 143,3 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrasına və 1,9 milyon manatı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə-diaqnostika avadanlıqlarının yenidən komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilib.

Bütün xəbərlər