Bu adamlardan ödəniş tələb edilə bilməz

17:26 - 24.05.2023


24 may, Fineko/abc.az. Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, həyat sığortasının əsas özəlliyi məhz borclanan dünyasını dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır.

Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz.

Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın.