Kapital Bank “Women Bankers Club”la birgə layihə həyata keçirdi

11:03 - 25.05.2023


25 may, Fineko/abc.az. 21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platforması olan “Women Bankers Club” (WBC) Kapital Bank-la birgə “Yetər ki, varsan!” adlı tədbir keçirib. Görüşdə “Women Bankers Club”un üzvləri, Azərbaycan maliyyə sektorunda rəhbər vəzifələrdə çalışan xanımlar, Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvləri və digər qonaqlar iştirak edib.

Tədbir zamanı psixoloq Gülnarə Əkbərova “Yetər ki, varsan!”, PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova “Mənim uğur fəlsəfəm”, şəxsi transformasiya məsləhətçisi Mehmet Bayramoğlu “Mən kiməm?”, transformasiyalar üzrə ekspert, Geştalt kouç - Sevda Əliyeva isə  “İkigai 2.0 və ya transformasiya alqoritmi” mövzularında çıxış ediblər.

Qeyd edək ki, WBC maliyyə sektorunda fəaliyyət göstərən qadınların uğurlu ünsiyyətini həyata keçirməyə imkan yaradan bir platformadır. Yarandığı gündən daim təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini həyata keçirən klubun hazırda mindən çox üzvü var. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Bütün xəbərlər