11:00 - 26.05.2023
26 may, Fineko/abc.az. “Azercell Telekom” MMC, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlərə start verir. Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunacaq və bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçiriləcək.
Tədbirlər planı Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayanları da əhatə edəcək.
Həftəlik çərçivəsində həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar, eləcə də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Uşaq Tərbiyə Müəssisəsində baş tutacaq tədbirə qonaq və rol-model qismində dəvət olunmuş bir çox tanınmış sima çətin uşaqlıqları fonunda uğur-motivasiya hekayələrini bölüşəcək. Bundan əlavə, uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanallarını və Azərbaycan Uşaq Qaynar Xidmətini tanıtmaq məqsədilə Bakı şəhərinin metro çıxışlarında uşaq və valideynlərə Uşaq Qaynar Xətt xidməti haqqında məlumatlar və əlaqə nömrələri əks olunan suvenir və hədiyyələr paylanacaq.
Qeyd edək ki, “Azercell Telekom” 116111 qısa nömrəsi ilə 24/7 rejimdə çalışan Azərbaycan Uşaq Qaynar Xəttinin 2010-cu ildən etibarən əsas tərəfdaşıdır. Həmçinin, Azercell-in təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılan Qadın Qaynar Xətt Xidməti fəaliyyət göstərir. Azercell cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqələrinə dəstək olmaq, uşaqların sağlam mühitdə böyüyüb inkişaf etməsinə yardım istiqamətində müxtəlif sosial layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir.
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
29 Sentyabr 2023
Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
29 Sentyabr 2023
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
29 Sentyabr 2023
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.
29 Sentyabr 2023
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.
29 Sentyabr 2023
“TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik.
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
27 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
28 Sentyabr 2023