13:59 - 26.05.2023
26 may, Fineko/abc.az. Bildiyiniz kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılır. Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb.
Bəs görəsən qərar avtomobil bazarına necə təsir edib?
Bu sualla ekspert Aslan Əsədova müraciət etdik.
Ekspert ABC.AZ-a açıqlamasında bildirdi ki, qərardan sonra qiymət artımı gözlənilən idi və proqnozlaşdırılırdı:
"Bu gözləntilər və proqnozlar özünü doğruldub.. Çünki belə hallardan istfadə edərək bəzi işbazlar qiymət artmına gedir. Xüsusilə də insanlarda belə bir fikir formalaşdırmağa çalışırlar ki, qiymətlər çox qalxacaq. Hətta elə avtomobillərdə qiymət artımı müşahidə edilir ki, bir neçə il bundan öncə 30 faiz ucuz idi. Ancaq indi bahalaşıb. Bu il qərarın verildiyi müddətdən indiyədək olan bahalaşmaya gəldikdə, bahalaşma mövcuddur. Yaxın gələcəkdə bu artımın yenə də baş verməsini gözləyirəm. Ancaq bu artım müəyyən həddə qədər olacaq. Çünki yeni avtomobillər gəldikcə, yəni avtomobil gətirən şəxslər daha ucuz, iri ciplərin gətirilməsinə təşəbbüs göstərəcəklər. Yəni mənbəni dəyişəcəklər. Ona görə də bu artım tədricən stabilləşəcək və dayanacaq”.
Ekspert hesab edir ki, qərardan sonra hazırki avtomobil bazarında canlanma yaranmalı idi.
"Ancaq tədricən köhnələrin köhnə, təzələrin isə təzə qiyməti olacaq. Bu ildən təzə gələn avtomobillərlə bağlı oturuşmuş bir sistem olacaq. Qiymətlərdə bir neçə il ərzində enmə ola bilər. Burada hökumətin atdığı addımlar da önəmli ola bilər. Çünki yaxın gələcəkdə avtomobillərin rüsumlarına, qiymətlərinə baxıla bilər", - deyə ekspert A.Əsədov bildirib.
Müəllif: Elmir Murad
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
29 Sentyabr 2023
Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
29 Sentyabr 2023
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
29 Sentyabr 2023
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.
29 Sentyabr 2023
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.
29 Sentyabr 2023
“TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik.
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
27 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023