İyunun 29-da gözlənilən hava haqqında məlumat

14:23 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Sabah, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava  günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 35-39,  Bakıda gecə 23-25, gündüz 37-39 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 30-35% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksək olması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Azərbaycanın rayonlarında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir:

Bakıda və Abşeron yarımadasında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun  38-41, bəzi yerlərdə 43 dərəcəyə çatacağı gözlənilir.

 

Bütün xəbərlər