14:41 - 26.05.2023
26 may, Fineko/abc.az. Daşınmaz əmlakın icbari sığortası barədə narazılıqlar yaranıb. Bəzi ekspertlər bunun hüquqa zidd olduğunu, əmlakını sığortalamayan vətəndaşlara cərimə tətbiq edilməsini absurd sayırlar. Müzakirələr zamanı bildirilir ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalamalıdır, məcburiyyət ola bilməz.
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a açıqlama verən deputat Vüqar Bayramov isə deyib ki, əmlakın icbari sığortası əksər ölkələrdə tətbiq edilən bir mexanizmdir.
“Burada məqsəd vətəndaşın əmlakına hər hansı ziyan dəydiyi zaman dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsidir. Əslində mexanizmin ləğv edilməsindən yox, təkmilləşdirilməsindən söhbət getməlidir. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Yanğın olmur və s. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Daha məqsədəuyğun olardı ki, sığorta sistemi məhz bu halları nəzərə alsın. Bizdə əmlakın sığortalanmasında fiks vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”, - deputat bildirib.
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
29 Sentyabr 2023
Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
29 Sentyabr 2023
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
29 Sentyabr 2023
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.
29 Sentyabr 2023
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.
29 Sentyabr 2023
“TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik.
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
27 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
27 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023