Mənfəət vergisi ödəmələri artan banklar

15:47 - 26.05.2023


26 may, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 6-da sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

ABC.AZ "Renkinq"-ə istinadla xəbər verir ki, bunlar, “Bank of Baku”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank” və “Express Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Qalan 4 bankdan 2-nin – “Azərbaycan Sənaye Bankı” və “Günay Bank” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bankın – “PAŞA Bank” ASC-nin mənfəət vergisi ödəmələri dəyişməyib, 1 bank - “Bank Respublika” ASC isə bu ilin 3 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bu ilin 3 ayında mənfəət vergisi ödəməmiş 15 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bütün xəbərlər