“Azmikroinvest BOKT" MMC mənfəətdən zərərə keçib - Hesabat

16:11 - 26.05.2023


26 may, Fineko/abc.az.  “Azmikroinvest BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. 

ABC.AZ xəbər verir ki, BOKT-un 2022-ci ildə xalis faiz gəlirləri 40% azalıb. Azalmadan sonra şirkətin xalis faiz gəlirləri 297 min manatdan 178 min manata düşüb.

Bununla yanaşı BOKT kreditlərin dəyərsizləşməsi riskinə görə də daha 23 min manat ayırıb. Bu ayırmadan sonra BOKT-un xalis faiz gəlirləri biraz da kiçilib. Belə ki, qurumun xalis faiz gəliri 155 min manata düşüb. Daha 6 min manat isə qeyri-faiz gəliri kimi daxil olub və ümumi gəliri 160 min manata qaldırıb.

Amma BOKT-un xərcləri bundan artıq olub. “Azmikroinvest BOKT" MMC ötən il qənaət etməyə çalışıb və xərclərini 209 min manatdan 2022-ci ildə 175 min manata endirsə də, gəlirlər bunu bağlamayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər