17:09 - 26.05.2023
26 may, Fineko/abc.az. “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə Fərid Hidayətzadə Səbuhi oğlu İdarə Heyətinin üzvü seçilib.
Paralel olaraq, 2018-ci ilin mayından təyin olunduğu Baş korporativ inzibatçısı vəzifəsində qalır.
4 may 2023-cü il tarixində “Kapital Bank“ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Səhmdarların qərarı ilə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri dəyişib. Hüseynov Fərid Arif oğlu İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor təyin edilib.
Buna qədər bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlu idi. Səhmdarların digər qərarı ilə Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024