“Səhliyalı”ya qarşı inzibati xəta protokolu tərtib edilib

17:16 - 26.05.2023


26 may, Fineko/abc.az. “Səhliyalı” kiçik müəssisəsi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. 

ABC.AZ Banker.az-a istinadən bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Vaqif Həsənovdur.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.