Azərbaycanda avtomobil benzini istehsalı 31%-dən çox artıb

10:54 - 30.05.2023


30 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 471,7 min ton avtomobil benzini istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 31,1 % və ya 111,9 min ton artıb.

2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 359,8 min ton təşkil edib.

2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 33,7 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 142,4% (2,1 dəfə) yaxud 19,8  min ton çoxdur. 

2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 13,9 min ton olub.

Bütün xəbərlər