"Bank of Azerbaijan" ASC-nin "Cahan-Motors" MMC-yə qarşı iddiasına baxılıb - DETALLAR

11:09 - 30.05.2023


30 may, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin "Cahan-Motors" MMC-yə qarşı iddiasına baxılıb.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Salmanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

Qeyd edək ki, ləğv prosesində olan "Bank of Azerbaijan" ASC "Cahan-Motors" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.