Bu il 1800 ailə Qarabağa qayıdacaq

11:30 - 30.05.2023


30 may, Fineko/abc.az. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1800 ailənin öz doğma torpağına qayıdışı və daimi məskunlaşması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, cari ildə Laçın şəhərinə 700, Laçının Zabux və Sus kəndlərinə 400-ə yaxın, Şuşa şəhərinə 450, növbəti mərhələdə isə Tərtərin Talış kəndinə 113 və Füzuli şəhərinə 267 ailənin qayıdışı nəzərdə tutulub.

Bütün xəbərlər