Dövlət qurumlarında çalışanların yaş məhdudiyyəti aradan qaldırılır?

11:53 - 30.05.2023


30 may, Fineko/abc.az. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, M.Quliyev dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılmasını istəyib.

O qeyd edib ki, əgər razılıq olsa mövcud qanunvericiliyə dəyişiklik layihəsi hazırlanaraq payız sessiyasında müzakirəyə təqdim edə bilərik.