12:10 - 30.05.2023
30 may, Fineko/abc.az. "S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyi 2023-cü ilin ikinci rübü üzrə Azərbaycanın bank sektoru üçün yüksək riskləri barədə ehtimalları açıqlayıb.
ABC.AZ xəbər verir ki, Agentlik sözügedən sektor üzrə risklərin artım səviyyəsinə görə, Azərbaycanı 10 ballıq şkala üzrə yenidən 9 balla qiymətləndirib. Beynəlxalq agentlik bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini "stabil" olaraq saxlayıb.
"Qlobal maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi tendensiyası ilə mübarizə apararaq, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın inkişaf etməkdə olan bank sektorları 2022-ci ildə Ukraynadakı müharibə və regionda qeyri-sabitliyin artması səbəbindən qeyri-rezident maliyyə axınlarından əhəmiyyətli dərəcədə bəhrələnib. Bu il eyni güclü maliyyə axını gözləmirik, lakin qeyri-rezident maliyyə vəsaitlərinin bank sektorunu birdən-birə tərk edəcəyini də düşünmürük. Buna görə də, əlaqəli riskləri idarə edilə bilən hesab edirik"- "S&P" sözügedən ölkələrin 2023-cü il üzrə bank sektoru ilə bağlı riskləri şərh edərkən bildirib.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024